Circassian tamga

Up next

Tarixi ETİRAF:

1 Views· 07/05/24
Doughouz
Doughouz
Subscribers
0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!

Azərbaycan Milli Kimliyinin formalaşmasında mühüm rol oynamış Səfəvi imperiyası, onun qurucusu Şah İsmayıl Xətainin gördüyü işlər haqqında nə qədər yazılsa və deyilsə yenə də azdır. II Qarabağ savaşında hərbiçilərimizin göstərdiyi şücaət, xüsusən Şuşanın azad olunması zamanı igidlərimizin qəhrəmanlığı tarixdən gələn təcrübənin, daşıdığımız genin göstəricisidir. Tarixə bir daha ekskurs edərək Şah İsmayılın döyüş yoluna baxış keçirək.

1499-cu il avqustun 13-də 13 yaşlı İsmayıl Lahicandan yola düşəndə onu yeddi nəfərdən ibarət şəxslər müşayiət edirdilər. Bu 7 nəfər çox tezliklə bütün Azərbaycanı birləşdirib Şərqin ən böyük imperiyalarından birinin əsasını qoyacaq nüvə idi. İsmayıl Səfəvinin kiçik dəstəsinə az sonra 1500 nəfər tərəfdar toplanır. İsmayıl Səfəvi tərəfdarları ilə birlikdə Ərzincana çatır. Ərzincanda artıq İsmayılın ətrafında Şamlı, Rumlu, Ustaclı, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq tayfaları, həmçinin “Qaradağ” sufilərindən ibarət 7000 qazi cəm olmuşdu.

1500-cü ilin payızında Qızılbaş ordusu Şirvanın paytaxtını döyüşsüz ələ keçirir. 1500-cü ilin sonunda qızılbaşlar Gülüstan qalası yaxınlığında Cabanı deyilən yerdə Şirvanşah ordusunu məğlub edirlər. Sonra isə Bakı fəth olunur. 1501-ci ilin ortalarında Şərur düzündə baş verən həlledici döyüşdə İsmayıl sərkərdəlik məharəti və döyüş hünəri göstərərək ordusunu qalib edir. Əlvənd Mirzə məğlub olaraq Ərzincana qaçır. 1501-ci ilin payızında İsmayıl döyüşsüz Təbrizə daxil olaraq öz adına xütbə oxudub sikkə kəsdirir və Azərbaycan Səfəvilər dövlətinin əsasını qoyaraq özünü şah elan edir.

XVI əsrin ortalarında yüksək vəzifəli 74 əmirdən 64-ü Azərbaycan türkü idi. Sarayda, orduda əsas danışıq dili Azərbaycan dili idi. Şah İsmayıl 1502-ci ilin yazında Ərzincana yürüş edərək Əlvənd Mirzəni Şərqi Andoludan Bağdada qovdu.

1503-cü ilin iyunun 21-də Şah İsmayıl Həmədan yaxınlığında Almaqulağı adlanan yerdə 12 minlik ordusu ilə Sultan Muradın 70 minlik, Ağqoyunlu Murad Mirzənin isə 10 minlik ordusu ilə döyüşdə qalib gələrək Şirazı fəth edir. Murad Mirzənin məğlubiyyəti ilə Fars və İraq-i Əcəmin böyük bir hissəsi Səfəvi dövlətinin nəzarətinə keçir və Ağqoyunlu səltənətinə rəsmən son qoyuldu. 1503-cü ildə qızılbaşlar İsfahan, Kaşan və Qum, 1504-cü ildə Yəzd şəhərini fəth edir.

1506-1508-ci illərdə Qızılbaş ordusu Bağdad da daxil olmaqla Diyarbəkir, Xilat, Bidlis, Ərciş və Ərəb İraqını Səfəvi dövlətinə birləşdirdi. 1510-cu il dekabrın 1-də baş verən həlledici Mərv döyüş nəticəsində Şeybani xanın ordusu Qızılbaş ordusu tərəfindən məğlub edildi. Bununla da Amudərya çayına qədər Herat, Mərv və Bəlx şəhərləri də daxil olmaqla Səfəvi İmperiyasına daxil edildi.

Bununla da 11 il əvvəl Lahicandan 7 nəfərlə başlayan müqəddəs yürüş Qafqazdan Hind okeanı sahillərinə, Bağdaddan Qəndəhara qədər uzanan 2,800 min kv.km əraziyə malik bir imperiyanın qurulması ilə başa çatdı.

Bəs qızılbaşları azsaylı ordu ilə özündən qat-qat böyük qoşunlar üzərində qalib edən nə idi? Qızılbaşlıq hərbi-siyasi-dini doktrina kimi səhnəyə çıxmışdı. Hər bir qızılbaş həm də nəhəng bir döyüşçü idi. Qızılbaşlar mürşidələrinin uğrunda ölməyi müqəddəs bir vəzifə sayırdılar. Çünki əmin idilər ki, onların mürşidində Allahın, Əhli-beytin təcəllası baş verir.

Bundan başqa maraqlı bir faktı nəzərinizə çatdıraq. Qızılbaşlar haqqında "Tacüt-təvarix" əsərinin müəllifi Xoca Sadəddin Əfəndi yazır: "Meydana çıxan fədai əsgəri bir fəlakətdir, şahlarının yolunda can verirlər, döyüşə səməndər kimi atılırlar, nə ölümdən qorxuları, nə də qarşılaşmadan təlaşları var, nizamlanmış ittifaqları, möhkəm hücumları bir fəlakətdir".

Bu cür döyüş ruhu 16-cı əsrdə Şah İsmayılı, 21-ci əsrdə isə onun törəmələrini düşmən üzərində qalib etdi. Döyüşən azərbaycanlılar Bütöv və Böyük Azərbaycanı qurmaqda, Azərbaycan Milli Kimliyini dünyaya tanıtdırmaqdadır.

Səsləndirdi: Gülnar Ələmdarqızı

Show more

 0 Comments sort   Sort By


Up next